Səhifənin təqdimatı

Salam, gəlin tanış olaq.
Mənim adım Ceyrandır.

Məktəbdə və universitetdə çox şey öyrənirik.
Amma öyrənmək orada bitmir.

Çünki suallarımız heç vaxt bitmir.
Bəzilərini həyat qarşımıza çıxarır. Bəziləri isə sadəcə marağımızdan yaranır.

Məsələn...
İlk iş müsahibəsinə necə hazırlaşmalı?
İnsanlar qarşısında necə rahat danışmalı?
İlk maaşımızı necə idarə etməli?

Amma hər şeyi ehtiyacımız olduğu üçün öyrənmirik.
Bəzən sadəcə maraqlı gəldiyi üçün nəyinsə cavabını bilmək istəyirik.

Məsələn...
Niyə bəzi mahnılar bizi keçmişə aparır?
Bir rəsm əsərini bu qədər xüsusi edən nədir?
Kosmosda səs niyə yayılmır?

Bəzi biliklər həyatımızı asanlaşdırır. Bəziləri isə dünyaya baxışımızı dəyişir.
Və məncə, hər ikisini öyrənməyə dəyər.

Bu səhifəni də elə bunun üçün yaratdım.
Həm gündəlik həyatda işimizə yarayanları öyrənmək, həm də maraqlı mövzuları birlikdə kəşf etmək üçün.
Bəs sən ən çox nə haqqında öyrənmək istərdin?